Piyadanı vurub qaçan sürücü saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Piyadanı vurub qaçan sürücü saxlanıldı

Kriminal

29 Yanvar 2019 17:27 1964


Yanvarın 28-də Şəki şəhər sakini B.Allahverdiyevin xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-dən “Yeni Sabah” a verilən məlumata görə,  müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla Baş Göynük kənd sakini olan şəxsin kənd ərazisində yolu keçərkən avtomobillə vurulması müəyyən edilib..

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə qısa müddətdə yol qəzasının “VAZ-2106” markalı avtomobillə törədildiyi müəyyən edilib və hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən şəhər sakini R.Zeynalov polis əməkdaşları tərəfindən saxlanılıb. Dördpendirli pizza

Araşdırma aparılır.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!