Planını 4 gün təxirə salıb -Məktəbə hücumla bağlı   yeni detallar 

saytların hazırlanması

Evə çatdırılma

Planını 4 gün təxirə salıb -Məktəbə hücumla bağlı yeni detallar 

Dünya

16 Aprel 2026 11:43 332


Türkiyənin Kahramanmaraş şəhərində məktəbə hücumla bağlı yeni detallar üzə çıxıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Türkiyə mediası xəbər yayıb.

Hadisəni törədən 8-ci sinif şagirdi İhsan Aras Mersinlinin hücumu əvvəlcədən planlaşdırdığı məlum olub. pizza sifarişi

İstintaq çərçivəsində aparılan axtarış zamanı şübhəlinin evindən götürülən kompüterdə hücumun aprelin 11-də planlaşdırıldığına dair sənəd aşkarlanıb. 

Prokurorluq hadisənin bütün təfərrüatlarının araşdırılması üçün 3 baş prokuror müavini və 10 prokurorun işə cəlb olunduğunu açıqlayıb.

Kahramanmaraş prokurorluğunun açıqlamasında bildirilib ki, hücumda istifadə olunan silahlar şagirdin polis başmüfəttişi olan atasına məxsus olub.

Xatırladaq ki, məktəbin şagirdi İhsan Aras Mersinli 5 silah və 7 daraqla  məktəbə hücum edərək 9 nəfəri qətlə yetirib, 17 nəfəri yaralayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!