Plastik butulka suları sağlamlıq üçün ciddi təhlükə yaradır

saytların hazırlanması

Evə çatdırılma

Plastik butulka suları sağlamlıq üçün ciddi təhlükə yaradır

Sağlamlıq

08 Oktyabr 2025 18:14 1457


Yeni aparılan elmi araşdırma plastik butulkalarda satılan suların insan orqanizminin müdafiə mexanizmini keçərək həyati orqanlarda yığıla bilən mikroplastik hissəciklər ehtiva etdiyini üzə çıxarıb. Bu isə uzunmüddətli dövrdə xərçəng də daxil olmaqla bir çox xəstəlik riskini artırır.

Yenisabah.az xəbər verir ki, "DailyMail" nəşrinin xəbərinə görə, Kanadadakı Konkordia Universitetinin ətraf mühit üzrə mütəxəssisi Sara Sacedinin rəhbərliyi ilə aparılan tədqiqat göstərib ki, butulka suyu içən insanla  kran suyu içənlərlə müqayisədə ildə təxminən 90 min daha çox mikroplastik hissəcik udurlar.

Araşdırmada bu hissəciklərin 2 mikrometrə qədər kiçik ola bildiyi və həm tənəffüs, həm də həzm yolları vasitəsilə bədənə daxil olaraq toxumalarda toplandığı qeyd olunub. Alimlər bildiriblər ki, mikroplastiklər xroniki iltihab, oksidləşmə stresi, hormonal pozğunluq, sonsuzluq, sinir sistemi zədələnməsi və xərçəng kimi ciddi sağlamlıq problemləri ilə əlaqələndirilir. pizza sifarişi

Digər bir beynəlxalq tədqiqatda isə mikroplastiklərin bağırsaq mikroflorasını dəyişdirə bildiyi, bunun da bağırsaq xərçəngi və depressiya riskini artırdığı müəyyən olunub. Avstraliyada aparılan həmin araşdırma sağlam könüllülərin nəcislərinin analizinə əsaslanıb və mikroplastiklərin insan mikrobiomunu dəyişdirdiyini sübut edən ilk tədqiqat kimi qeydə alınıb.

Mütəxəssislərin sözlərinə görə, mikroplastiklər bağırsaqdakı faydalı bakteriyaların tarazlığını pozur, zərərli mikrobların çoxalmasına şərait yaradır və bununla da immun sistemini zəiflədir.

Əsmətxanım  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!