Polad Bülbüloğlu Britaniya səfirini qəbul etdi

saytların hazırlanması

Evə çatdırılma

Polad Bülbüloğlu Britaniya səfirini qəbul etdi

Siyasət

01 Dekabr 2023 17:05 524


Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Rusiyadakı diplomatik korpusun duayeni qismində Böyük Britaniyanın Rusiya Federasiyasına yeni təyin olunmuş səfiri Naycel Keysini qəbul edib.

Yenisabah.az xəbər verir ki, görüşdə Polad Bülbüloğlu erməni əhalisinin könüllü köçməsinə Azərbaycan tərəfinin humanitar yardımı barədə danışaraq, beynəlxalq təşkilatların nümayəndələri təsdiqlədiyi kimi, bu prosesdə dinc əhaliyə qarşı heç bir zor tətbiq edilmədiyini vurğulayıb və ermənilərin Azərbaycandan getməsi ilə bağlı məsuliyyətin Ermənistan və onun nəzarəti altında olan separatçı rejimin üzərinə düşdüyünü qeyd edib.

Bununla yanaşı səfir Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işləri barədə həmkarına ətraflı məlumat verib, Azərbaycan Prezidenti İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli Sərəncamına əsasən Xankəndi şəhərində “Qarabağ universiteti”nin təsis edildiyini xüsusilə vurğulayıb. Sezar pizza

Görüş zamanı Azərbaycan və Britaniya arasında əməkdaşlıqla bağlı bəzi məqamlar nəzərdən keçirilib, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!