Polad Bülbüloğlu Moskvada “Dostlar üçün axşam” yubileyinə dəvət edir - Video

saytların hazırlanması

Evə çatdırılma

Polad Bülbüloğlu Moskvada “Dostlar üçün axşam” yubileyinə dəvət edir - Video

Mədəniyyət

02 May 2020 18:55 1121


İctimaiyyətin sevimlisi, SSRİ və Azərbaycanın görkəmli estrada müğənnisi və bəstəkarı Polad Bülbüloğlu pərəstişkarlarını Moskvada bir araya toplayacaq.

Yenisabah.az xəbər verir ki, mayın 4-də saat 22:50-də (Bakı vaxtı ilə 23:50-də - red.) lirik tenor sahibi, pedaqoq, aktyor, sənətşünaslıq doktoru, professor, siyasi və ictimai xadim, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Rusiyanın NTV telekanalının izləyicilərini 75 illik yubileyinə həsr olunmuş konsertə dəvət edir.

“Dostlar üçün axşam”  (“Veçer dlya druzey”) adlı musiqili gecə Moskva Müzikl Teatrının səhnəsində baş tutacaq. Sezar pizza

Adı Sovet İttifaqının hər bir guşəsində məşhur olan sənətçi ən sevilən mahnılarını ifa edəcək: “Zəng et”, “Kak jili mı boryas” ("Qorxma, mən səninləyəm" filmindən mahnı), “Uxaju” (“Gedirəm”), “Vodopad” (“Şəlalə”), “Gözlə məni” və bir çox başqaları.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!