Polad Bülbüloğlunun oğluna vəzifə verildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Polad Bülbüloğlunun oğluna vəzifə verildi - Foto

Mədəniyyət

30 Noyabr 2025 23:31 3173


Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə yeni dirijor təyin olunub.

"Yeni Sabah" xəbər verir ki, bu vəzifəyə Murtuza Bülbül təyin edilib.

Murtuza Bülbül SSRİ Xalq artisti Bülbülün nəvəsi və Xalq artisti Polad Bülbüloğlunun oğludur. Dominos pizza

2001-ci ildə doğulan gənc dirijor musiqi təhsilinə Moskvadakı Bethoven adına Uşaq Musiqi Məktəbində başlayıb.

2020-ci ildə P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən Akademik Musiqi Kollecini xor dirijorluğu ixtisası üzrə bitirib. Ardınca Moskva Konservatoriyasının opera-simfonik dirijorluq fakültəsini Vyaçeslav Valeyevin rəhbərliyi altında fərqlənmə ilə başa vurub.

Qeyd edək ki, Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru hazırda Fuad İbrahimovdur. Orkestrdə, həmçinin Mustafa Mehmandarov da dirijorluq fəaliyyətini davam etdirir.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!