Polad Həşimovla bağlı film çəkilir

saytların hazırlanması

Evə çatdırılma

Polad Həşimovla bağlı film çəkilir

Mədəniyyət

21 Dekabr 2020 15:34 932


Gənclər və İdman Nazirliyi gənclər arasında vətənpərvərlik hisslərinin artırılması məqsədilə Aprel döyüşlərinə həsr edilmiş bədii filmin hazırlanması ilə əlaqədar tender elan edib.

Yenisabah.az xəbər verir ki, tenderin qalibi 49 min 560 manatla "Kvanç" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Nazirliyin Mətbuat katibi Səmayə Məmmədova bildirib ki, filmin adı hələ dəqiqləşdirilməyib: "Bu, çəkiliş tam bitəndən sonra bilinəcək. General Polad Həşimovun qəhrəmanlıqlarından bəhs edən qısametrajlı bədii filmdir. Respublikanın əməkdar və xalq artistləri iştirak edəcəklər". Dominos pizza

S.Məmmədovanın sözlərinə görə, daha ətraflı məlumat film təqdim edildikdən sonra ictimaiyyətə açıqlanacaq. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!