Polad Həşimovun həyat yoldaşına yüksək vəzifə verildi 

saytların hazırlanması

Evə çatdırılma

Polad Həşimovun həyat yoldaşına yüksək vəzifə verildi 

Sosial

03 Sentyabr 2024 17:49 14470


Şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanovaya yüksək vəzifə verilib. 

Yenisabah.az xəbər verir ki, o, Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin layihələr üzrə meneceri vəzifəsinə təyin edilib. 

O.Salmanova 1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinin riyaziyyat ixtisası üzrə bakalavr, 2001-2003-cü illərdə isə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinin həndəsə ixtisası üzrə magistratura təhsili alıb.  pizza mizza

O, 2018-2021-ci illərdə müəllimlərin işə qəbulu imtahanı nəticəsi ilə Şəmkir rayonu Qaranüy kənd məktəbində riyaziyyat müəllimi, daha sonra isə Bakı Şəhəri üzrə Təhsil İdarəsində müxtəlif vəzifələrdə çalışıb. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!