Polad Həşimovun xanımına vəzifə verildi

Polad Həşimovun xanımına vəzifə verildi

Yazar Saytların hazırlanması

28 Mart 2022 12:01 2929


Təhsil naziri Emin Əmrullayev Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun həyat yoldaşının işlə təmin olunması ilə bağlı əmr imzalayıb. 

Təhsil Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, Milli Qəhrəmanın xanımı Ofelya Salmanovaya Bakı Şəhəri üzrə Təhsil İdarəsində iş verilib.

İxtisasca riyaziyyat müəllimi olan Ofeliya Salmanova əvvəllər orta məktəblərdən birində bu fənni tədris edirdi. Onun İdarədəki vəzifəsi haqqında məlumat verilməyib. 

Xatırladaq ki, general-mayor Polad Həşimov 14 iyul 2020-ci il tarixində Tovuz istiqamətindəki şiddətli döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə general-mayor Həşimov Polad İsrayıl oğluna Azərbaycanın Milli Qəhrəmanı adı verilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!