“Poladımın ən böyük arzusu...” - Şəhid generalımızın anasından əsgərlərimizə MÜRACİƏT

saytların hazırlanması

Evə çatdırılma

“Poladımın ən böyük arzusu...” - Şəhid generalımızın anasından əsgərlərimizə MÜRACİƏT

Xalqın səsi

29 Sentyabr 2020 18:44 2239


Bu ağır və şərəfli döyüş günlərində şəhid generalımız Polad Həşimovun anası Səmayə xanım da əsgərlərimizə xeyir-dua vermək istəyib.

Yenisabah.az Publika.az-a istinadən həmin müraciəti təqdim edir:

"Salam, mənim əsgər balalarım! Allah üstünüzdə yar olsun, sizi qorusun. Peyğəmbərlərimizin əlləri kürəyinizdə olsun. Mən general Polad Həşimovun yox, hamınızın anasıyam. Bütün dualarım sizinlədir. Gecə-gündüz əl qaldırıb, sizə dua edirəm. Mənim general balamın əsgərləri, döyüş yoldaşları! Dominos pizza

Hamınıza can sağlığı arzu edirəm. Təşəkkürümü bildirirəm. Döyüşüb Poladımın qanını yerdə qoymamağınız üçün dua edirəm. Qolunuz qüvvətli olsun ki, Poladımın ən böyük arzusunu yerinə yetirəsiniz. Bayrağımızı Şuşada, Xankəndidə sanca biləsiniz. Elə o məqamda "Əziz generalım, bu qələbəni sənin ruhuna hədiyyə edirik" sözünü deyəsiniz.

General anası kimi ordumuzun qarşısında baş əyirəm, cənab Prezidentimizin yanındayam. Qoy Ali Baş Komandanımızın canı sağ olsun ki, ordumuz da möhkəm olsun. Bilsin ki, biz də onun arxasındayıq.

Əziz balalarım, qələbə gününədək döyüşün ki, biz şəhid analarına müjdə verəsiniz. Biz də sizi bağrımıza basaq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!