Hindistanda qrup şəklində zorlandıqdan sonra polisə gedən 13 yaşlı kiçik qızın orada bir polis məmuru tərəfindən zorlanması iddiası ölkəni sarsıldıb.
Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, polis əməkdaşı Tilakdhari Saroj Hindistanın şimalında, cinayətin törədildiyi Uttar Pradeş bölgəsində həbs edilib. Hadisənin üzə çıxmasından sonra Sarojun qaçdığı və bir müddət qaçaq olaraq gizləndiyi bildirilir.
Adı açıqlanmayan kiçik qızın atası polisə bildirib ki, aprelin 22-də dörd nəfər onu qonşu Madhya Pradeş bölgəsinə aparıb və dörd gün zorlayıb. Polis məmuru ittihamları rədd etdiyini və günahsız olduğunu deyib. Dominos pizza
Qeyd edək ki, Saroj da daxil olmaqla dörd nəfər həbs edilib. Polis idarəsində çalışan bütün məmurlar işdən çıxarılıb.
Nəzrin Vahid
Telegram kanalımız