Polis Bakıda əməliyyat keçirdi - Saxlanılanlar var

saytların hazırlanması

Evə çatdırılma

Polis Bakıda əməliyyat keçirdi - Saxlanılanlar var

Kriminal

26 Mart 2026 13:31 439


Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir.

Bu barədə “Yeni Sabah”a nazirliyin Mətbuat xidmətindən məlumat verilib. 

Bakı ərazisində keçirilən növbəti tədbirlər zamanı əvvəllər məhkum olunmuş Tural Abdullayev, Murad Tağıyev, Turan Quliyev, Ceyhun Məmmədov, İsa Heydərov və Dövlət Dövlətov saxlanılıblar. Toyuqlu pizza

Onlardan ümumilikdə 10 kiloqramdan artıq heroin, metamfetamin, marixuana və 1727 ədəd narkotik tərkibli həb aşkarlanıb. Saxlanılan şəxslərin narkotik vasitələri satmaq məqsədilə əldə etdikləri müəyyən olunub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!