Polis əməkdaşı yol qəzasında həlak oldu – Azərbaycanda - Foto

saytların hazırlanması

Evə çatdırılma

Polis əməkdaşı yol qəzasında həlak oldu – Azərbaycanda - Foto

Hadisə

17 Sentyabr 2019 12:00 1520


Masallı rayonunda yol qəzası olub.

“Yeni Sabah” “Report”a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun Sərçuvar kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Bakı şəhəri sakini, 1986-cı il təvəllüdlü polis leytenantı Mehdi Böyükağa oğlu Əhmədovun idarə etdiyi "VAZ 2107" markalı 99 ME 637 dövlət qeydiyyatı nişanlı avtomobil Lənkəran rayonu, Girdəni kənd sakini, 1952-ci il təvəllüdlü Kamal Cəfər oğlu Fətullayevin idarə etdiyi "KAMaz" markalı 42 BL 695 dövlət qeydiyyatı nişanlı yük avtomobili ilə toqquşub. Nəticədə "VAZ 2107"nin sürücüsü ağır bədən xəsərətləri alıb.  Dominos pizza

Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılan M.Əhmədovun həyatını xilas etmək mümkün olmayıb. O, bir neçə saatdan sonra xəstəxanada ölüb. 

Faktla bağlı araşdırma aparılır.



Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!