Polis Hökməlidə əməliyyat keçirdi - VİDEO 

saytların hazırlanması

Evə çatdırılma

Polis Hökməlidə əməliyyat keçirdi - VİDEO 

Kriminal

19 Yanvar 2023 14:06 783


Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Hökməli qəsəbəsində həyata keçirdikləri növbəti tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 5 nəfər saxlanılıb. 

DİN-dən Yenisabah.az-a verilən məlumata görə, əməliyyat zamanı həmin qəsəbədə yaşayan Cəmaləddin Alxasov, Aydın Eyvazov, Samir Mustafayev, Eldar Nəbiyev və Fərrux Əsgərov tutulublar. Onların üzərində şəxsi axtarış aparılan zaman hazır bükümlər formasında satış üçün qablaşdırılan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib.

Saxlanılan şəxslər Hökməli və ətraf qəsəbələrdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildiriblər. pizza sifarişi

Faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!