Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində qeydə alınmış 208 cinayət faktından 51-nin üstü “isti izlər”lə açılıb.
“Yeni Sabah” xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidməti axtarışda olduğuna görə 21 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarılan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verildiyini açıqlayıb.
Respublikanın avtomobil yollarında baş vermiş yeddi yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 12 nəfər xəsarət alıb. pizza mizza
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqədar 26 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.
Telegram kanalımız