“Polis “imtiyazlı” təbəqəyə söz deyə bilmir” - Hüquq müdafiəçisi

saytların hazırlanması

Evə çatdırılma

“Polis “imtiyazlı” təbəqəyə söz deyə bilmir” - Hüquq müdafiəçisi

Kriminal

07 Fevral 2019 02:28 1441


“Bu gün Bakı Şəhər Dövlət Yol Polisinin inzibati binasına getmişdim. Xoş olmayan bir mənzərə ilə üzləşdim. Deməli, inzibati binaya çatana qədər üzü yuxarı bir neçə yüz metr piyada hərəkət etməlisən. Gəlib çatıb içəri daxil olandan sonra gəlişin məqsədi soruşulur və çıxıb binanın həyətində növbə gözləmək təklif olunur. Çöldə isə bərk külək, tozanaq və sərt hava”.

“Yeni Sabah” xəbər verir ki, bunu hüquq müdafiəçisi Sahib Məmmədov yazıb. Yol polisində qarşılaşdığı problemləri qələmə alan hüquq müdafiəçisi gözləmə zalının olmamasından, şəraitsizlik və qəbuldakı qüsurlardan şikayətlənib: “Mən yenə də israr edirəm ki, dövlət idarəsində vətəndaşla belə davranmaq olmaz. Mühafizə edən silahlı zabit isə deyir ki, başqa varinat yoxdur, ya küçə, ya da kafe var filan yerdə, get ora. Kafeyə getsəm, növbəm itəcək. Çək-çevirdən sonra bir zabit yaxınlaşır və məni nəzakətlə içəri dəvət edir. Amma vəd verdim ki, cənab nazirə bu barədə yazacam və təklif verəcəm ki, bu idarədə oturanlara xalqın xidmətçisi olmalarını xatırlatsın. Elə də elədim. Gözləyirəm".

Sahib Məmmədov həmçinin yol polisi əməkdaşı tərəfindən qanunsuz cərimələndiyini də bildirib: Onun sözlərinə görə, avtomobilini texniki baxışa təqdim etmək üçün gedərkən Prezident Adminstrasiyasının qarşısındakı yolda (İstiqlaliyyət küçəsi ilə Nizami küçəsinin kəsişməsində) hərəkət edərək Azneft meydanına dönüb, sonra üzü yuxarı hərəkət edib: “Məndən 30-40 metr məsafədə olan DYP əməkdaşı idarə etdiyi motoskillə qəfil yolu dönərək ardımca gəldi və saxlama işarəsi verdi. Məlum oldu ki, DYP əməkdaşı Hüseynov Ceyhun hesab edir ki, mən İXM 327.2. maddəsinin tələbini pozmuşam (60 manat cərimə və 3 bal).  pizza

Hamı bilir ki, bu kəsişmədə intensivlik yüksəkdir və həm də bu kəşişmə AA və PA seriyalı "imtiyazlı" avtomobillərin və onları müşayət edən iriqabaritli avtomobillərin "at oynadığı" məkandır. Mən dönmə hərəkətini edərkən aşağıdan hərəkət edən avtomobillə məsafə 30-35 m olardı. Onun da orta sürəti 30 km-dən çox deyildi. Dönməni eyni vaxtda iki avtomobil etdi. Nədənsə, DYP əməkdaşının diqqətini mən çəkdim".

Mən DYP əməkdaşını inadıra bilmədim və o, protokol tərtib etdi. Onu da qınamıram, çünki göstəriş var. Təcili cərimələr toplanmalıdır. Plan qoyulub. İndi hər yerdə reydlərdir".

Sahib Məmmədov qeyd edib ki, körpülərin altinda gizlənib gözləyən DYP avtomobillərinə addımbaşı rast gəlmək olur: "Mən bilirəm ki, bu cərimələrlə bəzi dövlət orqanlarının əməkdaşlarına əlavə əmək haqqı verilir. Amma cərimələnənlər əsasən kasıb təbəqədir. "İmtiyazlı" təbəqəyə söz deyə bilmir DYP.

Məncə bu yaxşı hərəkət deyil. Mən, əlbəttə, şikayət verəcəm. O kəsişmədə gün ərzində avtomobillər az qala bir-birinə sürtülərək keçir. Başqa varinat da yoxdur. Mən isə qarşıdan gələn avtomobilin hərəkətinə heç bir maneə törətməmişəm".

Hüquqşünas sonda yazıb ki, texniki baxışa gedərkən darvazanın qarşısında onu bir DYP əməkdaşı qarşılayaraq, sorğu-sual edib: "Bu barədə yazmaq istəmirəm. 20 manat ödəyib texniki baxışdan keçdim".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!