Polis küçədə silahla gəzən şəxsi güllələyib öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Polis küçədə silahla gəzən şəxsi güllələyib öldürdü

Dünya

27 May 2022 11:42 811


Kanadanın Toronto şəhərində küçədə silahla gəzən bir şəxsə görə bölgədəki 5 məktəb təcrid olunub, polis silahlı şəxsə atəş açaraq zərərsizləşdirib.

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, Kanadanın Ontario ştatının Port Union şəhərində əlində silah küçədə gəzən şəxs çaxnaşmaya səbəb olub.

Toronto polisinin sosial mediada verdiyi açıqlamada tibb işçilərinin hadisə yerində olduğu və ictimai təhlükəsizliyə heç bir təhlükə olmadığı, şübhəlinin 20 yaşlarında olduğu bildirilib. Bağlanan bütün məktəblər bir neçə saatdan sonra yenidən fəaliyyətə başlayıb. Pepperoni pizza

Qeyd edək ki, mayın 24-də ABŞ-ın Texas ştatında Robb ibtidai məktəbinə 18 yaşlı Salvador Ramos tərəfindən silahlı hücum təşkil edilmiş, 19-u uşaq olmaqla 21 nəfər həyatını itirmişdi.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!