Evə soxuldu, mənzili yandıracağı ilə hədələyib 47 300 manat apardı

saytların hazırlanması

Evə çatdırılma

Evə soxuldu, mənzili yandıracağı ilə hədələyib 47 300 manat apardı

Kriminal

05 Yanvar 2026 11:33 412


Yanvarın 4-də Masallı rayonu ərazisində quldurluq cinayəti qeydə alınıb.

Bu barədə “Yeni Sabah”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. 

Bildirilib ki, naməlum şəxs rayon ərazisində mənzillərdən birinə qanunsuz daxil olaraq zərərçəkəni ona xəsarət yetirəcəyi və mənzili yandıracağı ilə hədələyib. O, bu yolla evdən 33400 manat dəyərində qızıl-zinət əşyalarını, 2000 ABŞ dolları, 10500 manatı və bir ədəd mobil telefonu ələ keçirərək hadisə yerindən qaçıb. Toyuqlu pizza

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Hüseyn Məmmədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!