Polis metroda əməliyyat keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Polis metroda əməliyyat keçirdi

Kriminal

04 Sentyabr 2019 13:01 1617


Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində ictimai nəqliyyatda və insanların sıx olduğu yerlərdə oğurluq edən şəxs müəyən olunaraq tutulub. 

Bu barədə “Yeni Sabah”a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat verib. Məlumata görə, metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini H.Musayev “28 May” stansiyasında cibində olan 188 manat pulunun oğurlandığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılb, qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən olunub. pizza mizza

“İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunan Xırdalan şəhər sakini N.Heydərov metronun “Koroğlu” stansiyasında tutulub.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!