Bərdə rayonunda evlərdən oğurluq edən Balakən rayon sakininin evindən odlu silah aşkar edilib.
“Yeni Sabah” xəbər verir ki, rayon sakini Musa Cəmilli polis şöbəsinə müraciət edərək, evindən oğurluq edilməsi barədə məlumat verib.
Hadisə əlaqədar Bərdə RPŞ-də əməliyyat qrupu yaradılıb, hadisə yerinə baxış keçirilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Balakən rayon sakini Qaracayev Ədalət Əmrah oğlu saxlanılıb. Sezar pizza
Bundan başqa Ə. Qarayevin rayon sakini Ruslan Muradovun evindən oğurluq etdiyi məlum olub.
Şübhəli şəxs dindirilmə zamanı törətdikləri oğurluq əməllərini etiraf ediblər.
Ə. Qarayev şübhəli şəxs kimi tutulduqdan sonra onun yaşadığı evə baxış keçirilərkən oğurladığı əşyalar maddi sübut kimi götürülüb, həmçinin yataq otağında gizlətdiyi bir ədəd 16 kalibrli ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağla araşdırmalar davam etdirilir.
Telegram kanalımız