Polis onu saxlayan kimi lezva çıxarır -   Video

saytların hazırlanması

Evə çatdırılma

Polis onu saxlayan kimi lezva çıxarır - Video

Avto

27 May 2019 05:34 4105


Zahir  adlı avtoxuliqan Memar Əcəmi metrostansiyasının yaxınlığında yaşaayan sakinlərin rahatlığını pozur. 

Bu haqda sakinlər mediaya ünvanladığı müraciətdə bildiriblər. Memar Əcəmi metrosu yaxınlığında yaşayan sakinlərin adından müraciət edən vətəndaş deyir ki, 90 OP 027 dövlət nömrə nişanlı, VAZ 21 07 markalı avtomobilin sürücüsü gecə saatlarında avtoxuliqanlıq edir. 

Musiqiyə yüksək səs verərək avtomobil ilə təhlükəli manevrlər edir. Həmçinin dəfələrlə digər sürücüləri təhlükəyə atır. Belə ki, əks yola çıxaraq yüksək sürətlə digər maşınları çaşdırır. Sürücü bütün bu hərəkətlərini çəkərək Instagram hesabında yerləşdirir. Həmçinin, hesabında içki, narkotik kimi zərərli vərdişləri təbliğ edir.  pizza hut

Dəfələrlə yol polisi tərəfindən saxlanılaraq inzibati qaydada cərimə olunsa, həbs edilsə, sürücülük hüququ məhdudlaşdırılsa da sürücü islah olmur. 

Həmçinin yol polisi tərəfindən saxlanılan zaman lezva çıxardaraq özünə xəsarət yetirir. Artıq o həddə çatıb ki, insanlar bu şəxsin əlindən təngə gəlib. Əslən Ağcabədi rayonundan olan Zahir adlı bu şəxs öz əməllərindən əl çəkmək istəmir. Əksinə hər dəfə cərimə olunduqdan sonra avtomobildə yenidən konstruksiya dəyişikliyi edir, daha kobud şəkildə qaydaları pozur. 

Görünür ki, inzibati həbs və cərimələr bu şəxsə təsir etmir. Yəqin ki, hüquq mühafizə orqanları bu şəxs barəsində daha ciddi şəkildə ölçü götürməlidir. Çünki vaxtında qarşısı alınmazsa ağır nəticələrə səbəb ola bilər. Sürücünün törətdiyi əməllərdən ibarət videomaterialı təqdim edirik:

Avtosfer.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!