Xəbər verdiyimiz kimi ötən gün axşam saatlarında Dövlət Yol Polisinin Nəvahi postunda uşaq dünyaya gəlib.
“Yeni Sabah” xəbər verir ki, doğuşdan sonra qadın və yeni doğulan qız Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsinə çatdırılıb. Hazırda xəstəxanada olan ana və uşağın vəziyyəti normaldır. Doğum Evinin müdiri Rəfiqə Həmzəyeva bildirib ki, yaxın iki gün ərzində ana və körpəsi evə buraxılacaq. O, ananın və uşağın səhhətində heç bir problemin olmadığöını deyib.
Telegram kanalımız