Polis prospektdə qəza törətdi

saytların hazırlanması

Evə çatdırılma

Polis prospektdə qəza törətdi

Kriminal

27 Mart 2019 11:50 1007


Bakıda polis əməkdaşı xidməti avtomobillə qəza törədib.

Hadisə Heydər Əliyev prospektində baş verib. Prospektin Nərimanov rayonu ərazisinə düşən hissəsində Rəvayət Muxtarov idarə etdiyi xidməti “Reanault” markalı avtomobillə yüksək sürətlə bordürün üzərindən əks yola çıxıb.

O, bu zaman öz yolu ilə hərəkət edən Rəfael Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə çırpılıb. Daha sonra “Renault” digər beton yol ayrıcına çırpılıb. Hadisə nəticəsində Rəvayət Muxtarov bədən xəsarətləri alıb. Dördpendirli pizza

Baş vermiş qəza ilə əlaqədar hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Sürücü R. Muxtarova ilkin tibbi yardım göstərildikdən sonra sərxoşluq vəziyyətinin yoxlanılması üçün müvafiq məntəqəyə aparılıb.

Qeyd edək ki, R.Muxtarov Bakı Şəhər Baş Polis İdarəsinin Kriminalistik Tədqiqatlar şöbəsinin əməkdaşıdır. Qəza zamanı o xidmətdə olub.

ONA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!