Polis saxta 100 manat verən şəxsi axtarır

saytların hazırlanması

Evə çatdırılma

Polis saxta 100 manat verən şəxsi axtarır

Hadisə

20 Oktyabr 2019 15:00 1609


Gəncədə polis yanacaq doldurma məntəqəsində operator vəzifəsində işləyən şəxsə saxta yüz manatlıq əskinas verən şəxsi axtarır.

"Yeni Sabah" xəbər verir ki, şəhərin Nizami prosspektində yerləşən yanacaq doldurma məntəqəsində operator vəzifəsində çalışan Abbasov Rauf Ramiz oğlu polisə müraciət edərək bildirib ki, 19 oktyabr tarixində gecə saat 01:30-da naməlum avtomobillə gələn şəxs ona yanacaq doldurması üçün yüz manat verib.

Bir müddət sonra verilən pulun saxta olduğu məlum olub. pizza mizza

Hazırda faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırma başlanılıb.

Saxta əskinası dövriyyəyə buraxan şəxsin kimliyi araşdırılır. /Baku.ws


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!