Hollandiyanın Lahey şəhərində qəribə hadisə baş verib.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, polis oğurluqda ittiham olunan şəxsi saxlayarkən onun çiynində gəzdirdiyi tutuquşunu da polis bölməsinə aparıb.
Tutuquşu polis bölməsində şüşə ilə əhatələnmiş qəfəsdə saxlanılıb. Quş su və yem ilə təmin edilib. pizza sifarişi
Polislər yumor məqsədilə tutuquşunun şahid qismində saxlanıldığı ilə bağlı paylaşım ediblər. Paylaşım böyük maraqla qarşılanıb.
Məlumata görə, bir neçə saat sonra tutuquşu sahibi ilə birgə sərbəst buraxılıb.
Sabrina


Telegram kanalımız