Polis yağışlı hava ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Polis yağışlı hava ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçdi - Video

Sosial

10 Dekabr 2025 19:11 876


Davam edən yağmurlu hava şəraiti ilə əlaqədar olaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Azərbaycanın digər bölgələrində polis əməkdaşları gücləndirilmiş iş rejiminə keçib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, intensiv şəkildə davam edən yağışla bağlı vətəndaşların təhlükəsizliyinin təmini məqsədilə polis naryadları küçə və prospektlər boyu xidmətə cəlb ediliblər. Dominos pizza

Nəqliyyatın hərəkəti Yol Patrul, Post Patrul Xidməti və digər əməkdaşlar tərəfindən tənzimlənir, sürücü və piyadalarla profilaktik iş aparılır. Ehtiyacı olan vətəndaşlara köməklik göstərilir, onların mənzil başına təhlükəsiz çatmaları təmin edilir. Küçə və prospektlərdə polisin müşayətilə təhlükəsizlik tədbirləri davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!