Polisdən gizlənən şəxslər tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Polisdən gizlənən şəxslər tutuldu

Kriminal

29 Yanvar 2019 04:02 1131


Penitensiar xidmətin, 10 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının və Daxili İşlər Nazirliyinin Nəsimi RPİ-nin əməkdaşları birgə əməliyyat keçirib.

“Yeni Sabah” xəbər verir ki, birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-nin 181.2.1, 181.2.3-cü maddələri ilə barəsində axtarış elan edilmiş Bərdə şəhər sakini Həsənov Şamxal Fəqani oğlu saxlanılaraq Nəsimi RPİ-nin əməkdaşlarına təhvil verilib.

Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının və Daxili İşlər Nazirliyinin Nizami rayon Polis idarəsinin 25-ci Polis şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakininə qarşı quldurluq etmiş Lənkəran şəhər sakini Niftullayev Namiq Akif oğlu Binəqədi rayonu ərazisində saxlanılaraq Nizami rayon Polis idarəsinə təhvil verilib. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!