Bu gün Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib.
"Yeni Sabah" xəbər verir ki, nazir, general-polkovnik Ramil Usubov çıxış edərək deyib ki, 2018-ci ildə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 26381 cinayət qeydə alınıb, onların 84,7 faizinin açılması təmin olunub. Bu cinayətlərin 92,4 faizi daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olmaqla, onların 89,7 faizini böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib. Ağır və xüsusilə ağır cinayətlər 24,3, adam öldürməyə cəhdlər 3,1, qəsdən sağlamlığa ağır zərər vurmalar 16, mülkiyyət əleyhinə cinayətlər 7,7, o cümlədən quldurluqlar 4,8, avtonəqliyyat vasitəsinin qaçırılması 7, dələduzluqlar 28, habelə qrup halında törədilən cinayətlər 2,2, ailə münaqişəsi zəminində baş verənlər 4,5, yol-nəqliyyat hadisələrində ölənlər 3,7, xəsarət alanlar 0,5 faiz azalıb.
Nazir diqqətə çatdırıb ki, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2277 cinayət törətmiş 869 cinayətkar qrup zərərsizləşdirilib, polis əməkdaşlarına silahlı müqavimət göstərən 5 nəfər məhv edilib. Sezar pizza
Telegram kanalımız