Polisi söyən sürücü saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Polisi söyən sürücü saxlanıldı

ECONOMICS

09 May 2022 13:44 333


Ağdaş rayonunda polisə nalayiq ifadələr işlədən şəxs saxlanılıb. 

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 8-də saat 16 radələrində rayonun Maşat kəndi ərazisində “VAZ-21154” markalı avtomobil manevr qaydasını düzgün yerinə yetirmədiyinə görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Polis əməkdaşları tərəfindən sürücü, rayon sakini İlkin Cəfərovun narkotik maddənin təsiri altında avtomobil idarə etməsi müəyyən edilib. pizza hut

O, polisin qanuni tələbinə tabe olmayaraq nalayiq ifadələr işlədib.

Narkotik maddənin təsiri altında avtomobil idarə etdiyinə və polisin qanuni tələbinə tabe olmayaraq nalayiq ifadələr işlətdiyinə görə İ.Cəfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunub və Ağdaş Rayon Polis Şöbəsinə təhvil verilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!