Polisin axtardığı şəxs Bosniyada saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Polisin axtardığı şəxs Bosniyada saxlanılıb

Kriminal

30 Dekabr 2025 13:29 519


Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşının Bosniya və Herseqovina ərazisində yeri müəyyən olunub. 

Dələduzluq maddəsi ilə başlanmış cinayət işi üzrə Binəqədi RPİ tərəfindən axtarışda olan Nicat Namiq oğlu Rəhimov İnterpol kanalları vasitəsilə saxlanılıb. 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən təqsirləndirilən şəxsin aidiyyəti qurumlarla birgə ölkəmizə gətirilməsi üçün tədbirlər görülür. pizza

Məlumatı DİN-in Mətbuat xidmətindən təsdiqləyiblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!