“Polisin bu hərəkəti tamamilə yanlışdır“ - Ekspert

saytların hazırlanması

Evə çatdırılma

“Polisin bu hərəkəti tamamilə yanlışdır“ - Ekspert

Avto

15 Mart 2019 15:33 1693


Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov son günlər tez-tez yayılan DYP əməkdaşları ilə dialoq videolarında bir məqamın dəqiqləşdirilməsinə ciddi ehtiyac olduğunu deyib. O bildirib ki, videolardan görünür ki, DYP əməkdaşları yolayrıcına yaxınlaşan və hələ 1.1 bütöv xətti olmayan yerdə yerdəyişmə edən sürücülərə "1.18 xəttinin tələbini pozmaya" görə cərimə yazmaq istəyirlər:

“Bəri başdan deyim ki, bu tamamilə yanlışdır. Söhbət 1.18 nişanlanmasının (asfaltakı oxların) tətbiqindən və tələbindən gedir. Bunu dəqiq bilmək ilk növbədə DYP əməkdaşlarına, həm də elə sürücülərə lazımdır. “Yol haqqında” Qanunun 69-cu maddəsinin VI hissəsinin 18-ci bəndinə əsasən, 1.18 oxları yolayrıcında hərəkətin zolaqlar üzrə icazə verilmiş istiqamətlərini göstərir. Hazırda qüvvədə olan standarta əsasən, bu nişanlanma yolayrıcı qarşısında bir - birindən 20-30 metr aralı olmaqla, 2-3 dəfə təkrarlanaraq çəkilməlidir. Belə yolayrıcı qarşısında zolaqlar üzrə yerdəyişməni qadağan etmək üçün zolaqlar arasına 20-40 metr məsafədə 1.1 bütöv ağ xətt də çəkilməlidir. Belə halda yolayrıcına ən yaxın 1.18 oxu həmin bütöv xəttin başlanğıcında çəkilməlidir. Yəni yolayrıcına yaxınlaşanda son gördüyümüz 1.18 oxu yolayrıcından 20-40 metr aralı, ondan əvvəlkilər isə yolayrıcından daha uzaqda (təxminən 40-70, 60-100 metrdə) olacaq. Təbii ki, yolayrıcından uzaqdakı 1.18 oxları olan yerdə zolaqlar arasında 1.5 qırıq-qırıq xətti olacaq”.

Ekspert vurğulayıb ki, sürücünün qarşısına ilk çıxan 1.18 oxları olduğu yerdə onun üçün heç bir məcburi tələb irəli sürmür: Toyuqlu pizza

“Sürücü həmin yerdə 1.5 xəttini manevr qaydalarına uyğun istənilən tərəfə kəsib keçə bilər. Bu, qayda pozuntusu deyil və əslində sürücüyə qabaqcadan deyir ki, yolayrıcında fərqli istiqamətə gedəcəksənsə, buyur, indidən zolağını dəyiş.

Beləliklə, 1.18 oxu müvafiq hərəkət zolağında olan sürücünü yalnız yolayrıcında oxda göstərilən istiqamətdə (istiqamətlərdə) getməyə məcbur edir. Sadəcə yolayrıcına 20-40 metr qalmış artıq bütöv xətt başladısa, zolaqda yerdəyişmə də qadağandır. Ona görə də bütöv xətlərin arasına daxil olana qədər zolaqlarda yerdəyişmə tam qaydalar çərçivəsindədir.

Həm də nəzərə alaq ki, yolayrıcında hərəkət istiqamətləri zolaqlar üzrə paylanırsa, 5.8.1 və ya 5.8.2 nişanı da qoyulmalıdır. Yəni 1.18 oxları bu nişanları tamamlamalıdır”.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!