Polisin üstünə maşın sürən qadın olub

saytların hazırlanması

Evə çatdırılma

Polisin üstünə maşın sürən qadın olub

Avto

22 Fevral 2019 22:41 1270


Bu gün 08:43 radələrində Azadlıq prospektində, qoşa YDM-in yaxınlığında 99 BH 089 dövlət qeydiyyat nişanlı "Hyundai" markalı avtomobilin sürücüsü 1.3 xəttinin tələbini pozaraq tam olaraq əks yola çıxmaqla hərəkət axınının əksinə hərəkət etməsi Avtosfer.az kameralarına düşüb.

Yol ayrıcında yolu tənzimləyən YPX əməkdaşı ona "saxla" əmri verib. Daha sonra YPX əməkdaşına yaxınlaşanda ona pratokol yazılıb-yazılmadığı haqqında məlumat alıb. Yol polisi bildirib ki, sürücü əmrə tabe olmamaqla yanaşı avtomobili onun üstünə sürüb və hətta onu əzib. Bu barədə öz rəhbərliyinə raport da təqdim edəcək.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yayılmış materiala dərhal reaksiya verib. İdarədən bildiriblər ki, aparılan araşdırmalar nəticəsində həmin sürücü Qasımova Günay Emin qızı aşkarlanıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən inzibati protokol tərtib olunub. Sürücü 100 manat 4 bal cərimələnib. pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!