YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
“Polislər oğlumu döyərək, uydurma məbləğə qol çəkdiriblər” - Video

“Polislər oğlumu döyərək, uydurma məbləğə qol çəkdiriblər” - Video

Xalqın səsi

28 Aprel 2022 10:39 8448


Vətəndaş Kəmalə Qasımova oğlu Fərid Qasımovun şərlənərək həbs edildiyi iddiası ilə məhkəmə hüquq şurası qarşısında etiraz aksiyası keçirib. O bildirib ki, övladı Səbail rayon Polis idarəsində fiziki zorakılığa məruz qaldığı üçün, 58 min manat pul tələb etmə ilə bağlı sənədə imza çəkib. 

O bildirib ki, oğlunun səhhətində problem olması və ilk məhbusluğu olmasına, ailənin evi sataraq sözügedən məbləği ödəməsinə baxmayaraq, oğluna 12 il həbs cəzası verilib. Bununla bağlı aidiyyatı qurumlara müraciəti isə nəticəsiz qalıb.
 
“Bütün dövlət qurumlarına müraciət etmişəm. Şəxsən Vilayət Eyvazovun, Fuad Ələsgərovun qəbulunda olmuşam. Mən hakimlər Mahmud Ağalarov və Faiq Qasımovdan qeyri-obyektiv qərar qəbul etdikləri ilə bağlı şikayət etsəm də, mənə bildirildi ki, hakimlərin çıxardığı qərara müdaxilə edilə bilməz”.
 
Kəmalə Qasımova bildirib ki, barışıq əldə olunub və dəymiş ziyan ödənilib. İlk məhkumluğu olduğu üçün məhkəmə hakimi Anar Tanrıyerdiyev onu ev dustaqlığla buraxdı. Lakin 3 gündən sonra apelyasiya məhkəməsi qərarı ləğv etdi. O qeyd edib ki, hakimlər Mahmud Ağalarov və Faiq Qasımov yüngülləşdirici halları sadəcə görmək istəmirlər.
 
“Oğlumu və əlavə 4 nəfəri Rafiq Bədəlov adlı şəxs həs elətdirib. O, bildirmişdi ki, mənim yuxarılarda adamım var. Həbs olunanlardan biri “Atabank”da işləyib və oğluma deyib ki, qeyri rəsmi mənə müştərilər cəlb et. Onlar bu yolla bankdan pul götürüb və bölüblər. Şəxsləri cəlb etdiyi üçün oğluma 200-300 manat ödəniş edib. Rafiq adlı şəxs onların bu əməlindən xəbər tutub və xəbərdarlıq edib. Oğlumun günadı həmin xəbərdarlıqlara əhəmiyyət verməməsidir”.
 
Vətəndaş deyib ki, Ədliyyə Nazirliyinə şikayəti zamanı Aynur Sabitova onu qəbul edib və oğluna vəkil təmin edə biləcəyini bildirib. “Bundan əvvəl oğlumun işində iki vəkil olsa da onlar heç nə edə bilməyiblər. Etiraz etmirəm, vəkil olsun amma Fikrət Məmmədov və 14 şura üzvü mənə söz versinlər ki, oğlumun işini yüngülləşdirəcəklər. Hakimlər hansı faktlara baxaraq ciddi rejimli cəza müəyyən etdiklərini anlamıram. Mən istəyirəm ki, haqq ədalət yerini tapsın”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!