““Politoloqlarımız” niyə Lavrovun açıqlamasına sevinir? Başa düşə bilmirəm”

saytların hazırlanması

Evə çatdırılma

““Politoloqlarımız” niyə Lavrovun açıqlamasına sevinir? Başa düşə bilmirəm”

Siyasət

03 Fevral 2023 22:33 2792


Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan münaqişəsi mövzusuna bu yaxınlarda verdiyi şərhlə bağlı bəzi “politoloqlarımızın” sevincini, həqiqətən də, başa düşə bilmirəm.

Yenisabah.az xəbər verir ki, bu sözləri sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Lavrovun Ermənistanın Azərbaycanın 7 rayonunu işğal etməsi və Azərbaycanın öz ərazilərini qaytardığı haqda son açıqlaması ətrafında şərhlərə reaksiyasında deyib.

“Rusiyanın xarici işlər nazirini diqqətlə dinləsəniz, aydın olur ki, o, ilk dəfə olaraq Ermənistanın “qondarma Dağlıq Qarabağ Respublikası” ətrafındakı 7 inzibati rayonu işğal etməsi faktını rəsmən tanıyıb. pizza

Sual yaranır ki, məgər “qondarma Dağlıq Qarabağ Respublikası”nın ərazisi Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal olunmayıb?

Bəs Azərbaycan Respublikası ərazisini Ermənistan ordusunun ələ keçirməsi və orada olması ətrafdakı 7 rayonun işğalı ilə eyni işğal deyilmi?

Buna görə də qənaətim sadədir - yenə də Rusiya Federasiyasının rəsmi mövqeyinin etnik motivli şərhi”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!