Polşa prezidenti Türkiyəyə səfər edəcək

saytların hazırlanması

Evə çatdırılma

Polşa prezidenti Türkiyəyə səfər edəcək

Siyasət

23 May 2021 23:51 1004


Polşa prezidenti Anjey Dudanın Türkiyəyə rəsmi səfəri baş tutacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə “Haber Global” Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsinə istinadən məlumat yayıb.

Məlumata əsasən, səfər çərçivəsində bir çox sahələrdə iki ölkə arasındakı münasibətlər nəzərdən keçiriləcək, əməkdaşlığın genişləndirilməsi üçün lazımi addımlar müzakirə olunacaq. pizza mizza

Keçiriləcək rəsmi görüşlər zamanı regional və qlobal gündəmə aid məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq.

Həmçinin, səfər çərçivəsində bir sıra ikitərəfli anlaşmaların imzalanması gözlənilir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!