Polşa vətəndaşı adının qara siyahıdan çıxarılmasını xahiş etdi

saytların hazırlanması

Evə çatdırılma

Polşa vətəndaşı adının qara siyahıdan çıxarılmasını xahiş etdi

Dünya

27 Fevral 2019 18:01 870


Polşa Respublikasının vətəndaşı Karol Malolepşı Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib. 

XİN-dən “Yeni Sabah”a verilən məlumata əsasən, məktubunda o, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyinə və ərazi bütövlüyünə, eləcə də qanun və qaydalarına tam hörmət etdiyini qeyd edib. Səfərinə görə üzr istəyən Karol Malolepşı gələcəkdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edib. 

K.Malolepşının müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib. Dominos pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!