Polşada Belarusa casusluq edən qadın saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Polşada Belarusa casusluq edən qadın saxlanıldı

Dünya

09 Yanvar 2024 13:07 315


Polşada casusluqda və Belarus təhlükəsizlik xidmətlərinə Polşadakı diaspora haqqında məlumat verməkdə şübhəli bilinən qadın saxlanılıb. 

Yenisabah.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Polşanın Daxili Təhlükəsizlik Agentliyi məlumat yayıb. 

Qərbin Ukraynaya hərbi təchizat mərkəzi olan Polşanın mövqeyi belədir ki, Moskva və onun müttəfiqi Belarus sabitliyi pozmağa cəhd edir, ölkə Rusiya casuslarının əsas hədəfinə çevrilib.  Sezar pizza

“2023-cü il dekabrın 20-də Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşları Belarus xüsusi xidmət orqanlarına - Belarus Respublikasının Dövlət Təhlükəsizlik Komitəsinə casusluq etməkdə şübhəli bilinən Belarus vətəndaşını saxlayıblar”, - məlumatda deyilir. 

Qadına qarşı ittiham irəli sürülüb və 3 ay müddətinə həbs edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!