Polşalı turist Şəkidə motosikletlə qəzaya düşdü

saytların hazırlanması

Evə çatdırılma

Polşalı turist Şəkidə motosikletlə qəzaya düşdü

Hadisə

18 Sentyabr 2019 11:49 1087


Şəki rayonunda yol qəzası baş verib. 

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, hadisə günorta saatlarında Şəki-Qax avtomobil yolunun Qoxmuq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, rayonun Qoxmuq kənd sakini Musa Daşdəmirovun idarə etdiyi "Moskviç" markalı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikletin sürücüsü, Polşa vətəndaşı, 1989-cu il təvəllüdlü Daniel Niçinski Mateus müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Toyuqlu pizza

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!