"Polşa gələn qış üçün qaz tədarükünü təmin edib".
Yenisabah.az xəbər verir ki, bu barədə "Polsat" telekanalının efirində Dövlət naziri və hökumət sözçüsü Piotr Müller bildirib.
“Sizi əmin etmək istəyirəm ki, qış mövsümünə gəlincə, qaz tədarükü nöqteyi-nəzərindən təhlükədə deyilik”. pizza sifarişi
Xatırladaq ki, bundan əvvəl Polşanın "PGNIG" konserninin neft-qaz departamentinin keçmiş sədri Peter Voznyak bildirmişdi ki, Rusiyadan qaz nəqlinin dayandırılması səbəbindən Polşa qarşıdan gələn qış üçün qaz ehtiyatı yarada bilməyəcək.
Müllerin sözlərinə görə, Voznyakın çıxışından sonra o, iqlim və ətraf mühit naziri Anna Moskva ilə danışıb:
"Cənab Voznyakın indiki proses barəsində məlumatı yoxdur, çünki o, bir neçə il əvvəl idarə heyətinin sədri olub", - Müller deyib.
Telegram kanalımız