Pop-korn satan uşağı ittiham edən deputatın özü hədəfə çevrildi

saytların hazırlanması

Evə çatdırılma

Pop-korn satan uşağı ittiham edən deputatın özü hədəfə çevrildi

Xalqın səsi

07 May 2019 12:16 1914


Millət vəkili Rasim Musabəyovun yeraltı keçiddə pop-korn satan azyaşlı ilə bağlı sosial şəbəkədə paylaşımı etirazla qarşılanıb.

“Yeni Sabah” xəbər verir ki, “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu deputatın mövqeyini tənqid edib.

O, həmin paylaşımda deputatın pop-korn satanları ittiham etdiyini xatırladaraq bildirib: “Bakının və Bakı sakinlərinin rahatlığını pozurlar deyə onları ittiham edir. Musabəyov çox unikal şəxsdir. O, həmişə beynəlxalq münasibətlərdən danışır. Danışığı uğurlu və uzaqgörən olmasaydı, yəqin, bu vaxta qədər çoxdan susardı. Ya da, nə bilmək olur, indiki meyarlar fərqlidir. İndi ən çox danışanlar heç danışa bilməyənlərdi. Ya da danışığı imitasiya edənlər. pizza

O, yerli problemlər barədə həmişə susub. Amma burda da yanlışlığa yol verə bilərəm. Onda lütfən səhvimi düzəldin: onu böyük dünyalar və böyük işlər maraqlandırır, bəs nədən birdən-birə pop-korn? Və niyə yeraltı keçid? Və niyə piştaxta arxasında pop-korn satan o məsum qız?

Bu nə vergi söhbəti, bu nə dövlət büdcəsi... Həzərat, nə baş verir? Guya, bu qızcığaz vergidən yayınır, dövlət büdcəsinə ziyan vurur. Deputat sanki Kiçik prinsin vətəninə düşüb ... 

Bu yaxınlarda “Kolyma” filminə baxdım. Sovet dövründə 20 milyon insan ora sürgün olunub. 2 milyonu elə ordada ölüb. Filmdə məsum bir qızdan söhbət gedir. Küçədə dondurma satırdı. Dostunu görür və onu dondurmaya qonaq edir. Ama dondurmanı sənədləşdirməyi unudur. Axşam dövlət orqanı əskik gələn bir dondurmaya görə akt tərtib edir və qızı Kolyma sürgün edirlər. 50 dərəcə şaxtanın içinə. O vaxtlar bizlərdən də 10 minlərlə insanlar heç nəyin üstündə Sibirə sürgün edilib.

Deputatın pop-korn satana nifrətində 50 dərəcə Kolyma şaxtası var.

Küçələrdə pop-korn, qəzet, kitab ümidini xırda şeylər satmağa bağlayan yetimlərimizi qorumaq lazımdır”.

Qeyd edək ki, R. Musabəyov yeraltı keçiddə pop-korn satan qızın fotosunu paylaşaraq yazıb ki, o burada natəmizlik yaradır. Həmçinin, icazəsi olmadan pop-korn satır, dövlətin elektrikindən istifadə edir və vergi ödəmir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!