Populyar kurort adası turistlər üçün bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Populyar kurort adası turistlər üçün bağlandı

Turizm

23 İyun 2024 16:19 24300


Su təchizatındakı problemlər səbəbindən İtaliyanın Kapri adasına turistlər buraxılmırlar.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu əmri şəhər meri Paolo Falko adada suyun kəsilməsindən sonra verib.

O qeyd edib ki, tətil mövsümündə hər gün adaya gələn minlərlə insan üçün əsas xidmətlərə zəmanət verilə bilməz: Dominos pizza

"Yalnız qonaqpərvərliyə zəmanət vermək üçün kifayət qədər su ehtiyatı olan bir hoteldə rezervasiya edən turistlər Kapriyə buraxılacaqlar".

Yeni tələblər bərələrin Kapriyə yola düşmək üçün limanlarda növbə yaratmasına səbəb olub. Artıq adaya doğru üzən gəmilərlə dəniz idarələri əlaqə saxlayıblar və onlara çıxış limanlarına qayıtmaq əmri verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!