“Porsche” çökür

saytların hazırlanması

Evə çatdırılma

“Porsche” çökür

Avto

25 Oktyabr 2025 13:56 2749


Almaniyanın bahalı avtomobil istehsalçısı “Porsche” ilin üçüncü rübündə təxminən 1 milyard avro zərər etdiyini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, proqnozlaşdırılandan da çox olan bu zərəri şirkət strateji yenidənqurma prosesi ilə izah edib.

Yanvar-sentyabr aylarında konsernin əməliyyat mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 99 faiz azalaraq 4 milyard avrodan 40 milyon avroya düşüb. Təkcə üçüncü rübdə 967 milyon avro əməliyyat itkisi qeydə alınıb. pizza sifarişi

Konsern xüsusilə Çində satışların azalmasından və ölkədəki lüks avtomobil bazarının iqtisadi zəiflik səbəbindən kəskin şəkildə daralmasından əziyyət çəkir. ABŞ-ın yüksək idxal rüsumları da şirkətə böyük zərər vurub.

Bununla belə strateji istiqamətin dəyişdirilməsi də əlavə xərclər yaradır. Belə ki, “Porsche” planlaşdırılmış elektrik platformasının tətbiqini təxirə salıb, batareya istehsalını dayandırıb və daxiliyanma mühərrikli modellərə daha çox diqqət yetirir. Qazancın kəskin azalmasına baxmayaraq, şirkətin gəliri və satış həcmi cəmi 6 faiz azalıb. “Porsche” bu ilin sentyabrınadək 212 min avtomobil sataraq 27 milyard avro dövriyyəyə nail olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!