Elektrikli avtomobil proqramı “Mission E” üçün 6 milyard dollardan çox investisiya qoyan Alman avtomobil nəhəngi “Porsche” sedan modelinin istehsalını iki dəfə artırmaq qərarına gəlib.
“Yeni Sabah” xəbər verir ki, “Taycan” adlı Porsche elektrik modeli ilk dəfə konsepsiya olaraq 2015 Frankfurt avtomobil sərgisində “Mission E” kimi tanıdılıb.
“Porsche Taycan” bu il sentyabrda Frankfurt avtomobil sərgisində sərgiyə çıxarılacaq. Avtomobilin 2020-ci ildə təhvil veriləcəyi gözlənilir. Sezar pizza
Porsche ilk mərhələdə illik 20 min ədəd olaraq müəyyənləşdirdiyi “Taycan” istehsalını, əvvəldən gələn sifarişlərə görə iki dəfə artıraraq 40 minə qədər artırıb. Şikət bununla bağlı 1200 yeni işçi qəbul edib.
Bu istehsal həcminin alman nəhənginin əfsanə modeli “911”in satışını keçəcəyi istisna edilmir.
Qeyd edək ki, Porsche keçən il 35 minə yaxın “911” modeli satmışdı.
“Taycan”nın xüsusiyyətləri hələ tam açıqlanmasa da ilkin məlumatlara görə 600 at gücündə olacaq.
Avtomobilin 800 voltluq texnologiyayla tam doldurma müddəti 15 dəqiqədə həyata keçirir.
“Porsche Taycan”nın satış qiymətinin 80 min avro ətrafında olacağı ehtimal edilir.
Telegram kanalımız