Portuqaliyada “Meymun çiçəyi”nə 20-dən çox yoluxma aşkarlandı

saytların hazırlanması

Evə çatdırılma

Portuqaliyada “Meymun çiçəyi”nə 20-dən çox yoluxma aşkarlandı

Dünya

20 May 2022 20:59 793


Portuqaliyada 20-dən çox insanın “Meymun çiçəyi”nə yoluxması halı təsdiqlənib.

Yenisabah.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Expresso” nəşri ölkənin Baş Səhiyyə İdarəsinin məlumatlarına istinadən məlumat yayıb.

Məlumata görə, bu gün 9 yeni yoluxma halı qeydə alınıb. Ümumilikdə bu günə qədər ölkədə yoluxanların sayı 23 nəfərə çatıb. pizza hut

Son günlərdə dünyada “Meymun çiçəyi” virusu kəskin şəkildə yayılır. Artıq Böyük Britaniya, İsveç, İtaliya, Fransa, Avstraliya, Kanada, Almaniya və İspaniya bu virusa yoluxma ilə bağlı rəsmi məlumatlar veriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!