Post niyə Laçın yolunun bu hissəsində quruldu? - Xankəndi PLANI

saytların hazırlanması

Evə çatdırılma

Post niyə Laçın yolunun bu hissəsində quruldu? - Xankəndi PLANI

Siyasət

25 Aprel 2023 21:38 1952


Laçın yolunda qurulan nəzarət-keçid məntəqəsinin tarixi və siyasi əhəmiyyəti ilə yanaşı, coğrafi əhəmiyyəti də diqqət çəkir. Post Həkəri çayının üzərindəki körpünün başlanğıcında qoyulub.

Bu körpü Qarabağdan Ermənistana gedən, yaxud əksinə olan bütün yolların birləşiyi əsas nöqtədir.

Postun məhz burada qoyulmasının perspektiv nəticələri aydın görünür: Sezar pizza

Birincisi, Xankəndidəki separatçıların bütün yolları Azərbaycanın nəzarətinə keçdi;

İkincisi, separatçıların yeni keçid yolları axtarması mənasızdır, çünki hansı istiqamətə üz tutsalar, nəticədə postun qurulduğu körpüdən keçməlidirlər;

Üçüncüsü, Qarabağa daşınan, yaxud əks istiqamətə aparılan bütün yüklərə nəzarət Azərbaycan sərhədçiləri tərəfindən həyata keçiriləcək;

Dördüncüsü, Qarabağdakı erməni əhalisi Ermənistana, yaxud əks istiqamətə hərəkət etmək üçün Azərbaycan postundan keçəcək və bu, onların reinteqrasiya prosesinə qoşulmağa, vətəndaşlığı qəbul etməyə sövq edəcək əsas amillərdən biridir;

Asif Nərimanlı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!