“Böyük ehtimalla, ABŞ dövlət katibi Entoni Blinkenin demək istədiyi budur ki, Rusiyanın postsovet məkanındakı təsirini qıracağıq”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Fərhad Mehdiyev deyib.
O, ABŞ-ın dövlət katibi Entoni Blinkenin “Artıq postsovet dövrü bitdi” açıqlamasını şərh edib: Pepperoni pizza
“Blinken demək istəyir ki, bu məkanda Rusiyanın təsirini qırmışdıq, indi də tam qıracağıq. Fikrimcə, bu, hələ tam baş verməyib. Bunu demək hələ tezdir. Ola bilsin ki, planlarını ortaya qoyublar ki, belə bir niyyətimiz var”.
Fərhad Mehdiyev dövlət katibinin sözlərinə istinadla Rusiyanın orbitində olan keçmiş İttifaq dövlətlərinin Ukrayna müharibəsində Rusiyaya açıq dəstək verməməsinin səbəblərini də qeyd edib:
“Bir tərəfdən, bu ölkələr açıq şəkildə Rusiyanın səfinə keçsələr, sanksiyalara məruz qala bilər, ona görə də bundan çəkinirlər. Digər tərəfdən, Ukraynanı dəstəkləməklə Rusiyanı qəzəbinə düçar olmaqdan çox qorxurlar. Həmçinin, onların Rusiyadan ciddi şəkildə asılılığı var. Diqqət yetirsəniz, Ukrayna məsələsində postsovet dövlətlərini sıxışdıran yoxdur ki, niyə belə davranırsınız”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız