“Prado” ilə ağır qəza, 9 yaralı var

saytların hazırlanması

Evə çatdırılma

“Prado” ilə ağır qəza, 9 yaralı var

Kriminal

10 Mart 2019 15:05 1243


Şəkidə mikroavtobus və minik avtomobilinin toqquşması nəticəsində ikisi ağır olmaqla yeddi nəfər xəsarət alıb.

Hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral avtomobil yolunun Şəki rayonu Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində baş verib.

“Mercedes-Benz Vito” markalı mikroavtobusla “Prado” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində ikisi ağır olmaqla, 9 nəfər xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. pizza mizza

Tibb müəssisəsindən bildirilib ki, yaralılardan ikisinin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda yaralılara ilkin yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı DİN-nin Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

ONA 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!