Prezident Əliyev, Baş nazir Paşinyan, prezident Makron və prezident Mişel arasında 2022-ci il oktyabrın 6-da keçirilən görüşün yekunu üzrə bəyanat qəbul edilib.
Yenisabah.az xəbər verir ki, birgə bəyanatda deyilir:
“Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci illə bağlı hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı Alma-Ata Bəyannaməsi öhdəliklərini təsdiqləyiblər. Onlar təsdiqləyiblər ki, bu, delimitasiya üzrə komissiyaların işi üçün əsas olacaq və bu komissiyaların növbəti iclası oktyabrın sonunadək Brüsseldə baş tutacaq. Pepperoni pizza
Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasını həvəsləndirməyə razı olduğunu bildirib. Azərbaycan sözügedən missiya ilə uyğun olacağı dərəcədə əməkdaşlığa razılıq verib. Missiya oktyabr ayında maksimum iki ay müddətinə fəaliyyətə başlayacaq. Missiyanın məqsədi etimad yaratmaq və hesabatları vasitəsilə sərhəd komissiyalarına dəstək olmaq olacaq”, – deyə bəyanatda vurğulanıb.
Telegram kanalımız