“Praqa görüşü ilə Qərb sülh müqaviləsinin imzalanması prosesinə daxil oldu. Rusiyanın Ukraynadakı məğlubiyyətləri ilə yanaşı, imicinin zəifləməsinə baxmayaraq, şimal qonşumuz Cənubi Qafqazı əldən vermək istəmir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi, siyasi elmlər üzrə fəlsəfə doktoru Orxan Vəliyev deyib.
O, oktyabrın 31-də keçiriləcək Soçi görüşünü şərh edib: pizza hut
“Əsas məsələ odur ki, hər iki tərəf – həm Qərb, həm də Rusiya Azərbaycanı qalib dövlət kimi qəbul edir və hər iki tərəf Azərbaycanla əməkdaşlıq etməyə çalışır:
“Filosofların bir sözü var: “Tarix qaliblər tərəfindən yazılır”. Görüşün Soçidə, yaxud Praqada keçirilməsindən asılı olmayaraq, yekun sənəd Azərbaycanın maraqlarına uyğun şəkildə imzalanacaq. Çünki Azərbaycanın qələbəsi Birinci Qarabağ müharibəsində Ermənistanın “qələbəsi” ilə eyni deyil. Birinci halda üçüncü tərəfin gizli müdaxiləsi ilə işğal söhbəti var idi. Amma indi Türkiyə və İsrailin dəstəyi, Azərbaycanın öz ordusu və siyasəti ilə artıq fərqli bir mərhələ mövcuddur”.
O. Vəliyevin sözlərinə əsasən, Ermənistan Baş naziri Nikol Paşinyanın müqaviməti nəticə verməyəcək:
“O bunu başa düşür. İstənilən halda perspektivdə xeyrimizə olan bir nəticə olacaq. Sülh müqaviləsinin, yəni yekun sənədin bu qədər asanlıqla imzalana bilməməsi də normaldır. Çünki hər bir tərəf öz mənafeyini qorumağa çalışır”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız