Praqada şahmat turniri keçirilib

saytların hazırlanması

Evə çatdırılma

Praqada şahmat turniri keçirilib

İdman

12 May 2019 09:51 1364


Praqa şəhərində Azərbaycanın Çex Respublikasındakı səfirliyinin təşkilatçılığı və “City Building” şirkətinin sponsorluğu ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş həvəskarlar arasında beşinci ənənəvi beynəlxalq şahmat turniri keçirilib.

“Yeni Sabah” xəbər verir ki, turnirdə Çexiya, Slovakiya, Ukrayna, Azərbaycan və digər ölkələrdən olan həvəskar şahmatçılar iştirak ediblər.

Turnirin açılışında ölkəmizin Çex Respublikasındakı müvəqqəti işlər vəkili Etibar Abdullayev çıxış edərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərindən danışıb. pizza mizza

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev sözügedən turnirin əsasının Çexiyada səfir kimi fəaliyyət göstərdiyi dövrdə qoyulduğunu və mütəmadi şəkildə keçirildiyini, habelə bu ənənənin artıq uzun illər davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Turnirdə hakim qismində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) nümayəndəsi Aleksey Şimeçek iştirak edib. Turnirin keçirildiyi salonda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr edilmiş kitab və jurnallar təqdim olunub. Turnirin sonunda qaliblər müvafiq medal və hədiyyələrlə təltif ediliblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!